"Laureus 2016" idman mükafatının laureatları təltif olunub

"Laureus 2016" idman mükafatının laureatları təltif olunub İlin ən yaxşı kişi və qadın idmançıları adına tennisçilər layiq görülüb
Fərdi
19 Aprel , 2016 08:43
Laureus 2016 idman mükafatının laureatları təltif olunub

Bakı. 19 aprel. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində "Laureus 2016" idman mükafatının təqdimetmə mərasimi keçirilib. "Report"un məlumatına görə, ilin kişi idmançısı adına serbiyalı tennisçi Novak Cokoviç layiq görülüb.

Onun rəqibləri yamaykalı atlet Useyn Bolt, argentinalı futbolçu Lionel Messi, ABŞ basketbolçusu Stef Karri, britaniyalı Formula 1 pilotu Lüis Hemilton və amerikalı qolfçu Cordan Spit olub.

ABŞ tennisçisi Serena Uilyams Ən yaxşı qadın idmançı sayılıb. O, avstriyalı dağ xizəkçisi Anna Fenninger, efiopiyalı atlet Genzebe Dibaba, yamaykalı atlet Şelli-Enn Freyzer-Prays, ABŞ-ın qadın futbolçusu Karli Lloyd və amerikalı üzgüçü Keti Ledekini keçib.

Yeni Zelandiyanın reqbi yığması İlin komandası mükafatını alıb.

Qayıdış nominasiyasında yeni zelandiyalı reqbiçi Den Karter qalib olub.

İlin sıçrayışı mükafatını isə ABŞ qolfçusu Cordan Spit əldə edib. 

Son xəbərlər

Orphus sistemi