Las-Veqasda "Formula 1" Qran-prisi keçiriləcək

Las-Veqasda "Formula 1" Qran-prisi keçiriləcək "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri 2023-cü ildən ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək
Fərdi
31 Mart , 2022 08:59
Las-Veqasda Formula 1 Qran-prisi keçiriləcək

"Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri 2023-cü ildən ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, Las-Veqas Qran-prisi noyabrda gecə saatlarında şəhər trekində baş tutacaq.

Dairənin uzunluğu 6,12 km olacaq. Trek şəhərin ən böyük kazinolarının yerləşdiyi Las-Veqas-Strip bulvarından keçəcək. Bu, 1982-ci ildən sonra ABŞ-da üçüncü Qran-pri olacaq. Hazırda bu ölkədə Mayami və Ostin mərhələləri də keçirilir.

Qeyd edək ki, 1981-1982-ci illərdə də Las-Veqasda "Formula 1" yarışı keçirilib. Cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi