Kubok matçında kütləvi dava: 160 nəfər xəsarət alıb

Kubok matçında kütləvi dava: 160 nəfər xəsarət alıb Mərakeş Kubokunda FAR və MAS klubları arasında 1/16 final mərhələsinin oyunu zamanı kütləvi dava düşüb.
Fərdi
14 Mart , 2022 16:00
Kubok matçında kütləvi dava: 160 nəfər xəsarət alıb

Mərakeş Kubokunda 1/16 final mərhələsinin FAR - MAS oyunu zamanı kütləvi dava düşüb.

"Report"un "France Presse" agentliyinə istinadən məlumatına görə, fanatlar arasında baş vermiş insidentin qarşısı hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra alınıb.

Qarşıdurma nəticəsində 103-ü polis, 57-si azarkeş olmaqla ümumilikdə 160 nəfər xəsarət alıb. Bundan başqa, stadion ərazisində bir çox obyektə və avtomobillərə maddi ziyan dəyib, bir motosiklet yandırılıb.

Təqribən 160 nəfərə yaxın şəxs saxlanılıb. Onların bəziləri zorakılıq hərəkətlərində iştirak etmə, silah saxlama, sərxoş vəziyyətdə maddi ziyan vurma və nəqliyyat vasitəsini yandırma ittihamları ilə həbs ediliblər.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi