Yuxarı

Kuba çempionu yığma komandanın düşərgəsindən qaçıb

Sandra Mustelyer öz ölkəsinə qayıtmayacağını deyib

Bakı. 14 noyabr. REPORT.AZ/ Kubalı idmançı Sandra Mustelyer Mərkəzi Meksikada təşkil olunan Amerika və Karib Oyunlarının startı öncəsi yığma komandanın düşərgəsini tərk edib. "Report"un məlumatına görə, 28 yaşlı stolüstü tennisçi Kubaya qayıtmayacağını komanda yoldaşlarına bildirib.

Onun xarici pasportu isə nümayəndə heyətinin rəhbərində qalıb.

Qeyd edək ki, Sandra Mustelyer 2012-ci ildə Kuba çempionu olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi