Yuxarı
    Bağlamaq

    Kriştianu Ronaldu: "Bu mükafata layiqəm"

    Portuqaliyalı hücumçu: Mükafatların özü hər şeyi deyir

    Bakı. 9 yanvar. REPORT.AZ/ "Ağır, amma inanılmaz mükafatdır. İlk dəfə deyil ki, bu mükafatı alıram. Bütün komanda yoldaşlarıma, ailəmə, mənimlə işləyən hər kəsə minnətdaram".

    "Report" xəbər verir ki, bu sözləri FİFA-nın dünyada ilin ən yaxşı kişi futbolçusu nəzərdə tutduğu "The Best" mükafatının sahibi Kriştianu Ronaldu bildirib.

    Mükafatlandırma mərasimində səhnədə təəssüratlarını bölüşən 32 yaşlı portuqaliyalı hücumçu 2016-cı ilin karyerasında ən yaxşı il olduğunu söyləyib: "Qazandığımız mükafatlar, bütün turnirlərdə maksimuma çatmağımız səbəbindən bu mükafata layiqəm. Mənə səs verənlərə minnətdaram. Mükafatların özü hər şeyi deyir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi