Kreyq Ridi yenidən Dünya Antidopinq Agentliyinin prezidenti seçilib

Kreyq Ridi yenidən Dünya Antidopinq Agentliyinin prezidenti seçilib O, daha üç il bu vəzifəni icra edəcək
Fərdi
20 Noyabr , 2016 13:59
Kreyq Ridi yenidən Dünya Antidopinq Agentliyinin prezidenti seçilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Britaniyalı Kreyq Ridi yenidən Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti seçilib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” mikrobloqunda məlumat yerləşdirilib.

Məsələ ilə bağlı qərar WADA-nın Təsisçilər Şurasının Şotlandiyanın Qlazqo şəhərində keçirilən iclasında qəbul olunub. Ridi daha üç il bu vəzifəni icra edəcək.

"Kreyq Ridi Təsisçilər Şurası tərəfindən ikinci müddətə WADA-nın prezidenti postuna seçilib", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi