Kosiki Karate-do Federasiyasına yeni prezident seçilib

Kosiki Karate-do Federasiyasına yeni prezident seçilib Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib.
Fərdi
14 Yanvar , 2022 14:29
Kosiki Karate-do Federasiyasına yeni prezident seçilib

Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə əvvəlcə federasiyanın mərhum prezidenti Talıb Berziqiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra federasiyanın vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Yuri Mustafayev qurumun son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edərək gələcəkdə qarşıda duran məsələlərlə əlaqədar qısa məlumat verib.

Daha sonra federasiyanın yeni prezidenti vəzifəsinə 6-cı dan qara kəmər sahibi Rafael Bunyatovun namizədliyi irəli sürülüb. Seçki nəticəsində o, qurumun yeni prezidenti olub.

Yığıncaqda, həmçinin, 7-ci dan qara kəmər sahibi Yuri Mustafayev, 5-ci dan qara kəmər sahibi, professor Ənvər Həzərxanov və 5-ci dan qara kəmər sahibi Vəliyulla Bunyatov federasiyanın vitse-prezidentləri, 5-ci dan qara kəmər sahibi Yuliya Mustafayeva isə federasiyanın baş katibi seçiliblər.

Tədbirdə federasiyanın aparıcı məşqçiləri və tanınmış idmançıları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi