Koronavirusla bağlı şayiə yayan oyunçu klubundan qovuldu

Koronavirusla bağlı şayiə yayan oyunçu klubundan qovuldu Almaniyanın "Telekom Baskets" klubu basketbolçusu Coşiko Saybu ilə yollarını ayırıb.
Fərdi
5 Avqust , 2020 17:29
Koronavirusla bağlı şayiə yayan oyunçu klubundan qovuldu

Almaniyanın "Telekom Baskets" klubu basketbolçusu Coşiko Saybu ilə yollarını ayırıb.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun qovulmasına onun koronavirusla bağlı söz-söhbətləri yayması və insanlarda infeksiyaya qarşı inamsızlıq yaratması səbəb olub.

Bunu müqavilə şərtlərinin pozulması kimi dəyərləndirən klub rəhbərliyi Saybunun hərəkətlərinə və gələcəkdə baş verə biləcək yoluxma hallarına görə məsuliyyət daşımadığını bildirib.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə koronavirusla bağlı şayiələr yayan almaniyalı basketbolçu şənbə günü təhlükəsizlik qaydalarını pozaraq Berlində xəstəliyə qarşı keçirilən nümayişdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi