Koronavirusa yoluxan Novak Cokoviç testdən imtina etdi

Koronavirusa yoluxan Novak Cokoviç testdən imtina etdi
Fərdi
107
30 İyun , 2020 10:23
Koronavirusa yoluxan Novak Cokoviç testdən imtina etdi

Koronavirusa yoluxan dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç ikinci testdən imtina edib. 

"Report" "B92" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı serbiyalı idmançı özünü təcriddən sonra test vermək niyyətindədir. 

Cokoviç təşkilatçısı olduğu "Adria Tour"un erkən başa çatmasından sonra testdən keçib və nəticə müsbət olub. Onun həyat yoldaşı da koronavirusa yoluxub. 

Ondan öncə digər tennisçilər Qriqor Dimitrov, Borna Çoriç və Viktor Troitskidə virus aşkarlanıb.  

Cokoviç daha əvvəl turnirdən geri çəkilməyi planlaşdırıb, amma bunu etməyib. Təcrübəli idmançı bunun qeyri-mümkün olduğuna qərar verib. Tennisçi və onun həyat yoldaşının xəstəliyi asemptomatikdir.  

Qeyd edək ki, "Adria Tour" erkən başa çatandan sonra Cokoviç qaydalara qarşı laqeyd münasibətə görə tənqid edilib.