Yositake Yokokure: "Koronavirus peyvəndi tapılmasa, olimpiada üçün çətin olacaq"

Yositake Yokokure: "Koronavirus peyvəndi tapılmasa, olimpiada üçün çətin olacaq" Növbəti il Tokio Yay Olimpiya Oyunlarının təşkili koronavirus peyvəndi tapılmadığı təqdirdə, çətin olacaq.
Fərdi
158
28 Aprel , 2020 09:30
Yositake Yokokure: Koronavirus peyvəndi tapılmasa, olimpiada üçün çətin olacaq

Növbəti il Tokio Yay Olimpiya Oyunlarının təşkili koronavirus peyvəndi tapılmadığı təqdirdə, çətin olacaq.

“Report”un məlumatına görə, bu barədə Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Yositake Yokokura bildirib.

O deyib ki, effektiv peyvənd olmasa, olimpiadanı keçirmək çətin olacaq. Yokokura dərman və peyvəndlərin hazırlanması üçün tələsməli olduqlarını sözlərinə əlavə edib: "Oyunların keçirilməyəcəyini yox, çətin olacağını deyirəm". 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi