Konor Makqreqorun xalası koronavirusdan öldü

Konor Makqreqorun xalası koronavirusdan öldü Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib.
Fərdi
2703
14 Mart , 2020 11:25
Konor Makqreqorun xalası koronavirusdan öldü

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə 32 yaşlı idmançı şəxsi "Instagram" səhifəsində paylaşım edib. 

"İndi koronavirus hücumundan əldə edəcəyimiz yaxşı vərdişlər bizi gələcəkdə daha da gücləndirəcək. Şəxsi gigiyena ilə bağlı məsələlərdə diqqətli olun", - Makqreqor yazıb.

Qeyd edək ki, K.Makqreqor sonuncu dəfə ABŞ təmsilçisi Donald Serroneni məğlub edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 816-ya çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 436 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb

Son xəbərlər

Orphus sistemi