Konor Makqreqor saxlanılıb

Konor Makqreqor saxlanılıb Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İrlandiyanın paytaxtı Dublində saxlanılıb.
Fərdi
24 Mart , 2022 12:45
Konor Makqreqor saxlanılıb

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İrlandiyanın paytaxtı Dublində saxlanılıb.

"Report" "Irish Independent" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı döyüşçü təhlükəli avtomobil idarə etdiyi üçün tutulub.

İdmançının "Bentley Continental GT" markalı maşını cərimə meydançasına göndərilib. Polis bölməsinə aparılan Makqreqora qarşı ittiham irəli sürülüb. O, iclas təyin olunanda məhkəməyə gəlmək öhdəliyi ilə zaminə buraxılıb.

Döyüşçü təqsirli olduğu üzə çıxsa, 5500 ABŞ dolları məbləğində cərimə ödəyə və ya 6 aylıq həbs oluna bilər.

Son xəbərlər

Orphus sistemi