UEFA Konfrans Liqasında 1/8 final mərhələsi başa çatacaq

UEFA Konfrans Liqasında 1/8 final mərhələsi başa çatacaq Türkiyə təmsilçisi "Sivasspor" İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək
Fərdi
16 mart 2023 04:00
UEFA Konfrans Liqasında 1/8 final mərhələsi başa çatacaq

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi "Sivasspor" İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək.

"Vilyarreal" İspaniyada Belçikanın "Anderlext" klubunun müqavimətini qırmağa çalışacaq. İtaliya "Latsio"su Niderlandda "AZ Alkmaar" komandasının qonağı olacaq.

UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
16 mart

21:45. "Sivasspor" (Türkiyə) - "Fiorentina" (İtaliya)
İlk oyun - 0:1

21:45. "Yurqorden" (İsveç) - "Lex" (Polşa)
İlk oyun - 0:2

21:45. "Slovan" (Slovakiya) - "Bazel" (İsveçrə)
İlk oyun - 2:2

00:00. “Nitsa” (Fransa) - “Şerif” (Moldova)
İlk oyun - 1:0

00:00. “Vest Hem” (İngiltərə) - AEK (Larnaka, Kipr)
İlk oyun - 2:0

00:00. “Vilyarreal” (İspaniya) - “Anderlext” (Belçika)
İlk oyun - 1:1

00:00. "AZ Alkmaar" (Niderland) - "Latsio" (İtaliya)
İlk oyun - 2:1

Qeyd edək ki, Konfrans Liqasında 1/4 finala ilk vəsiqəni Türkiyədə "Başakşehir"ə 4:1 hesabı ilə qalib gələn Belçika "Gent"i qazanıb.

Son xəbərlər

Orphus sistemi