Kliçko-Coşua revanş qarşılaşmasının vaxtı açıqlanıb

Kliçko-Coşua revanş qarşılaşmasının vaxtı açıqlanıb İdmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub
Fərdi
29 İyul , 2017 19:48
Kliçko-Coşua revanş qarşılaşmasının vaxtı açıqlanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Britaniyanın nüfuzlu "BoxRec" boks portalında ukraynalı Vladimir Kliçko və britaniyalı Entoni Coşua arasında revanş qarşılaşmasının keçiriləcəyi barədə məlumat yer alıb.

"Report" xəbər verir ki, idmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub.

Döyüş Las-Veqasın məşhur "t-Mobile arena" stadionunda keçirilməlidir.

Boksçular arasında Londonun "Uembli" stadionunda baş tutan ilk döyüş zamanı Coşua Kliçkonu iki dəfə nokauta salıb.

Son xəbərlər

Orphus sistemi