Kirsan İlümjinov FİDE prezidenti vəzifəsindən istefa verdiyinə dair xəbərlərə münasibət bildirib - YENİLƏNİB

Kirsan İlümjinov FİDE prezidenti vəzifəsindən istefa verdiyinə dair xəbərlərə münasibət bildirib - YENİLƏNİB Rusiyalı funksioner qərarını FİDE Şurasının iclasında açıqlayıb
Fərdi
27 Mart , 2017 17:05
Kirsan İlümjinov FİDE prezidenti vəzifəsindən istefa verdiyinə dair xəbərlərə münasibət bildirib - YENİLƏNİB

Bakı. 27 mart. REPORT.AZ/ Kirsan İlümjinov FİDE prezidenti vəzifəsindən istefa verdiyinə dair rəsmi məlumatı təkzib edib. K.İlümjinov TASS-a açıqlamasında qurumun rəhbəri postundan getmədiyini bildirib. 

"Məni devirmək istəyirdilər. Amma bunu edə bilmədilər. Heç nə imzalamamışam və istefaya da getmirəm. Fikrimcə, bu, amerikalıların işidir və ələ vermə adlanır".  

**** 16:45

Kirsan İlümjinov FİDE prezidenti vəzifəsindən istefa verib

Kirsan İlümjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti vəzifəsindən istefa verib. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, rusiyalı funksioner qərarını FİDE Şurasının Yunanıstanın paytaxtı Afinada keçirilmiş iclasında açıqlayıb. Qurumun Direktorlar Şurasının iclası aprelə təyin olunub. 

Qeyd edək ki, Kirsan İlümjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edirdi.   

Son xəbərlər

Orphus sistemi