Yuxarı
    Bağlamaq

    Kikboksçu Riko Verhoven Badr Harini məğlub edib - VİDEO

    Holland döyüşçü mərakeşlinin qolunu qırıb

    Bakı. 11 dekabr. REPORT.AZ/ Ötən gün Almaniyanın Oberhauzen şəhərində cütləşdirilmiş "Glory Collision" və "Glory 36" kikboks turniri keçirilib.

    "Report" xəbər verir ki, gecənin ən maraqlı döyüşü turnirin superağır çəkidə hazırkı qalibi holland Riko Verhoven və K-1-in canlı əfsanəsi, mərakeşli Badr Hari arasında baş tutub.

    Qarşılaşmanı daha da maraqlı edən tərəflərin döyüşdən əvvəl bir-birinin ünvanına xoşagəlməz fikirlər səsləndirməsi olub.

    Beləliklə, döyüşün birinci raundu Harinin üstünlüyü ilə keçib. O, döyüşə daha çevik atılıb və hədəfə tez-tez düşməyi bacarıb. İkinci raundda Riko üstünlüyü ələ almaq üçün irəli atılıb. Bu zaman epizodlardan birində Hari zədələnib və məlum olub ki, mərakeşlinin qolu qırıldığından o, döyüşü davam etdirə bilməyəcək.

    Beləliklə, döyüş başa çatıb və Riko Verhoven texniki məğlubiyyət sayəsində qalib gəlib.

    Badr Hari bir ildən sonra Riko Verhovenlə yenidən döyüşəcəyinə söz verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi