KİV: Sebastyan Fettel komandasını dəyişəcək

KİV: Sebastyan Fettel komandasını dəyişəcək “Formula 1” üzrə dördqat dünya çempionu Sebastyan Fettel komandasını dəyişəcək.
Fərdi
12 Dekabr , 2019 19:08
KİV: Sebastyan Fettel komandasını dəyişəcək

“Formula 1” üzrə dördqat dünya çempionu Sebastyan Fettel komandasını dəyişəcək.

“Report” “Marca”ya istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı pilot 2020-ci il mövsümündən sonra “Ferrari”dən “McLaren”ə keçəcək.

Fettelin artıq bunun üçün sözügedən komandaya rəhbərlik edən həmyerlisi Andreas Zaydla müraciət etdiyi bildirilir.

Son mövsümü 5-ci sırada tamamlayan təcrübəli pilotun 1 pillə geridə qaldığı komanda yoldaşı Şarl Leklerlə də münasibətləri qaydasında deyil.

Qeyd edək ki, Fettel 2015-ci ildən “Ferrari”də çıxış etsə də, bu komanda ilə çempion ola bilməyib.

Son xəbərlər

Orphus sistemi