KİV: Fettel daxili çəkişmələrə görə "Ferrari"dən ayrılıb

KİV: Fettel daxili çəkişmələrə görə "Ferrari"dən ayrılıb Formula 1 üzrə 4 qat dünya çempionu Sebastyan Fettelin Ferraridən ayrılmasının səbəbi məlum olub.
Fərdi
12 May , 2020 19:45
KİV: Fettel daxili çəkişmələrə görə Ferraridən ayrılıb

"Formula 1" üzrə 4 qat dünya çempionu Sebastyan Fettelin "Ferrari"dən ayrılmasının səbəbi məlum olub.

"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, almaniyalı pilot komandanın daxilindəki siyasi çəkişmələrə görə İtaliya təmsilçisini tərk edib.

Almaniyalı jurnalistlərin fikrincə, 33 yaşlı sürücü Şarl Leklerin maraqlarını təmsil edən menecer Nikolya Todtun "Skuderiya"nın daxili siyasətinə təsirindən əsəbiləşib. İddiaya görə, fransalı menecer 2019-cu ildə bir neçə komandaarası razılaşmanı pozub. Bundan sonra S.Fettel "Ferrari" rəhbərliyinə inamını itirib.

Bundan əlavə, təcrübəli pilotun komandasının qaydalar çərçivəsində rəqabət qabiliyyətinə şübhə etməyə başladığı bildirilib. İtalyanların 2018/2019-cu illərdə "Mercedes" və "Red Bull"dan geri qalmamasında qanuni olmayan güc qurğularından istifadə etdikləri vurğulanıb.

"Ferrari" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) arasında gizli sövdələşmə hələ də "Formula 1"in iclaslarında müzakirə olunur. "Bild"in yazdığına görə, S.Fettel hiyləgərlik hesabına qalib gələn pilot olmaq istəmir.

Qeyd edək ki, "Ferrari" komandası bu gün Sebastyan Fettel ilə yollarını ayıracağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi