“Keşlə”nin futbolçusu: “Qarabağ”a qarşı çətin oyun keçirdik”

“Keşlə”nin futbolçusu: “Qarabağ”a qarşı çətin oyun keçirdik” “Keşlə”nin futbolçusu Aleksandr Kriştovao evdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra brifinq keçirib. “Report”un məlumatına görə, təcrübəli hücumçu öncə oyunu dəyərləndirib.
Fərdi
8 mart 2020 18:50
“Keşlə”nin futbolçusu: “Qarabağ”a qarşı çətin oyun keçirdik”

“Keşlə”nin futbolçusu Aleksandr Kriştovao evdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra brifinq keçirib. “Report”un məlumatına görə, təcrübəli hücumçu öncə oyunu dəyərləndirib.

“İlk hissədə 2 qol epizodumuz oldu. Onlardan birini 100 faiz dəyərləndirmək olardı. Əfsuslar olsun ki, o epizodları qaçırdıq. “Qarabağ”a qarşı çətin oyun keçirdik”.

- İkinci hissədə 100 faizli qol epizodunuz oldu. Fərqlənsəydiniz, nəticə fərqli olardı?

- Bu epizod “Qarabağ”la fərqimizi göstərdi. Biz fürsətləri qaçırtdıq, “Qarabağ” qol epizodlarını dəyərləndirdi.

- “Qarabağ” Çempionlar Liqasında oynamış komandadır. Bunu qarşılaşma zamanı hiss etdiniz?

- “Qarabağ”ın keyfiyyətli komanda olduğunu bilirik. Bunu oyunları ilə nümayiş etdirdilər. Hazırda turnir cədvəlində də liderdirlər.

- Lorenzo Frutos bombardir olsa da, sən gələndən sonra ehtiyatda əyləşir. Belə olacağını düşünürdünüz?

- Frutos yaxşı hücumçudur. Bu, məşqçinin seçimidir. Onun etimadını doğrultmağa çalışıram.

- Azərbaycan Premyer Liqası barədə düşüncələriniz necədir? Qol vurmamağınız çempionatın ağır keçməsi ilə əlaqəlidir?

- Hər oyun epizodlar yaranır və bunu qola çevirməyə çalışıram. Təəssüflər olsun ki, qaçırdığım fürsətlər də olur. Öz üzərimdə işləyirəm, səbirli olub, keyfiyyətimi göstərməyə çalışıram.

Son xəbərlər

Orphus sistemi