Keniyalı marafonçular polislərin səhvinə görə rekorda imza ata bilməyib

Keniyalı marafonçular polislərin səhvinə görə rekorda imza ata bilməyib Yolun 39-cu km-də onlar döngəni səhv salıb və əlavə 600 m qaçmalı olub
Fərdi
3 Noyabr , 2016 12:18
Keniyalı marafonçular polislərin səhvinə görə rekorda imza ata bilməyib

Bakı. 3 noyabr. REPORT.AZ/ İllik Lyublyana marafonunda iştirak edən keniyalı idmançılar qeyri-adi olay səbəbindən yeni rekord müəyyənləşdirə bilməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, onlara Sloveniya polisinin səhvi mane olub.

Bu il illik Lyublyana marafonunda 59 ölkədən 28,5 min nəfər iştirak edib. Yarışın mütləq favorti hesab edilən 6 idmançıdan ibarət Keniya yığma komandası yeni marafon rekordu müəyyənləşdirmək niyyətində olub. Ancaq marafona liderlik edən ilk 3 idmançını müşayiət edən və onlara yol göstərən sloveniyalı hüquq-mühafizə orqanlarının əməkdaşlarının səhvi nəticəsində keniyalılar hədəflərinə çatmayıb.

Yolun 39-cu km-də onlar döngəni səhv salıb və idmançılar əlavə 600 m qaçmalı olub. Yekun nəticədə Keniya idmançıları 2 saat 9 dəqiqə 16 saniyəlik nəticə ilə marafonu qalib başa vurub.

Amma idman tədbirinin təşkilatçısı Qabriel Ambrojiçin məlumatına görə, afrikalı marafonçular əlavə 600 metr qaçmasaydılar, rekord müəyyənləşəcəkdi. Belə ki, yolun 38-ci km-də edilən ölçmələrə görə, keniyalılar hər km yolu 3 dəqiqəyə və ya 100 m məsafəni 18 saniyəyə qət edib. Belədə əlavə 600 m qaçış onların 108 saniyə vaxtını alıb. Hesablamara əsasən, bu halın baş verməyəcəyi təqdirdə afrikalı idmançılar 2 saat 7 dəqiqə 28 saniyəlik göstərici ilə yeni marafon rekordu müəyyənləşdirməli idi.

Son xəbərlər

Orphus sistemi