Yuxarı
    Bağlamaq

    Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti təyin edilib

    O, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb

    Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

    “Report”un ATF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

    Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi