Yuxarı
    Bağlamaq

    Karyakin və Karlsen heç-heçə edib, dünya çempionu tay-brekdə bilinəcək

    Tay-brek noyabrın 30-da keçiriləcək

    Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya və Norveç qrossmeysterləri Sergey Karyakin və Maqnus Karlsen şahmat üzrə dünya çempionatının 12-ci partiyasında heç-heçə ediblər.

    "Report" xəbər verir ki, dünya çempionu noyabrın 30-da tay-brekdə məlum olacaq.

    Onu heç-heçə ilə bitən 12 partiyanın yekununa görə, matçda hesab bərabərdir — 6-6. Partiya 37 dəqiqə çəkib, şahmatçılar 30-cu gedişdə heç-heçəyə razı olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi