Karlsen və Nepomnyaşi yenə heç-heçə ediblər

Karlsen və Nepomnyaşi yenə heç-heçə ediblər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.
Fərdi
4 Dekabr , 2021 21:30
Karlsen və Nepomnyaşi yenə heç-heçə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.

"Report"un məlumatına görə, Karlsenin qara, Nepomnyaşinin isə ağ fiqurlarla oynadığı yeddinci partiya heç-heçə ilə yekunlaşıb. Şahmatçılar 41-ci gedişdə sülhə razılaşıblar. Hazırda hesab Karlsenin xeyrinədir - 4:3.

Səkkizinci görüş dekabrın 5-də oynanılacaq. Bu dəfə Nepomnyaşi ağ, Karlsen isə qara fiqurlarla müabrizə aparacaq.

Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.

Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.

Son xəbərlər

Orphus sistemi