Karlsen növbəti dəfə Nepomnyaşiyə qalib gəlib

Karlsen növbəti dəfə Nepomnyaşiyə qalib gəlib Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda 9-cu görüş keçirilib.
Fərdi
120
7 Dekabr , 2021 20:39
Karlsen növbəti dəfə Nepomnyaşiyə qalib gəlib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda 9-cu görüş keçirilib.

"Report"un məlumatına görə, qara fiqurlarla oynayan Karlsen 39-cu gedişdə rəqibini məğlub edib. Bu, hazırkı dünya çempionunun 3-cü qələbəsi olub. Karlsen bu nəticə ilə hesab arasındakı fərqi üçə çatdırıb - 6:3.

Tərəflər arasında 10-cu qarşılaşma dekabrın 8-də olacaq. Karlsen ağ, Nepomnyaşi isə qara fiqurlarla mübarizə aparacaq.

Şahmatçılar dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.

Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.

Son xəbərlər

Orphus sistemi