Karlsen - Nepomnyaşi görüşündə 4-cü heç-heçə qeydə alınıb

Karlsen - Nepomnyaşi görüşündə 4-cü heç-heçə qeydə alınıb Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.
Fərdi
104
30 Noyabr , 2021 19:47
Karlsen - Nepomnyaşi görüşündə 4-cü heç-heçə qeydə alınıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.

"Report"un məlumatına görə, Karlsenin ağ, Nepomnyaşinin isə qara fiqurlarla oynadığı 4-cü partiya 33-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Əvvəlki 3 qarşılaşmada da bərabərlik qeydə alınıb və hazırda hesab 2:2-dir.

Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.

Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.

Son xəbərlər

Orphus sistemi