Karlsen - Nepomnyaşi görüşü heç-heçə ilə başlayıb

Karlsen - Nepomnyaşi görüşü heç-heçə ilə başlayıb Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürüb.
Fərdi
138
26 Noyabr , 2021 23:30
Karlsen - Nepomnyaşi görüşü heç-heçə ilə başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında keçirilir. Nepomnyaşinin ağ fiqurlarla oynadığı ilk partiya 45-ci gedişdə heç-heçə ilə yekunlaşıb.

Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.

Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.

Son xəbərlər

Orphus sistemi