Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb.
“Report”un məlumatına görə, çempionatın sonuncu günündə 18-21 yaşadək gənclərin kumite yarışında Azərbaycan təmsilçisi Əminağa Quliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, ikiqat Avropa çempionu olub.
Digər təmsilçilərimiz Hüseyn Məmmədli (67 kq) və Mədinə Sadiqova (55 kq) isə bürünc medal qazanıblar.
Qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medala sahib olublar. Azərbaycan komandasının digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medal qazanıb.
Bununla da Avropa çempionatına 24 karateçi ilə qatılan komandamız 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Qeyd edək ki, qitə çempionatında 45 ölkədən 1 008 idmançı iştirak edib.