Karate üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Karate üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb Bakı. 4 may. REPORT.AZ/ Mayın 10-da Serbiyanın Novi Sad şəhərində start götürəcək karate üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanınb.
Fərdi
4 May , 2018 14:03
Karate üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı. 4 may. REPORT.AZ/ Mayın 10-da Serbiyanın Novi Sad şəhərində start götürəcək karate üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanınb.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) “Report”a verilən məlumata görə, dörd gün davam edəcək çempionatın fərdi yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.

Komanda kumite yarışlarında Turqut Həsənov, Asiman Qurbanlı və Rafiz Həsənov da əsas heyətə qatılacaq. Qadınlar isə eyni heyətlə komanda çıxışlarında mübarizə aparacaq. Komanda kata yarışlarında Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət heyət tatamiyə çıxacaq.

Qeyd edək ki, mayın 9-da Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF İdarə Heyətinin üzvü, AMKF-nin prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcək.

Avropa çempionatına 52 ölkədən 532 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Hüseynov da yarışın hakimləri arasında olacaq. 

Son xəbərlər

Orphus sistemi