​Karate üzrə Avropa çempionatı Bakıda keçiriləcək

​Karate üzrə Avropa çempionatı Bakıda keçiriləcək Bu barədə Avropa Karate Federasiyasının Konqresində qərar qəbul edilib
Fərdi
20 Mart , 2015 15:01
​Karate üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Bakı. 20 mart. REPORT.AZ/ İstanbulda Avropa Karate Federasiyasının növbəti Konqresi keçirilib. "Report"un məlumatına görə, konqresdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun 2020-ci ildə 55-ci Avropa çempionatının Bakıda keçirilməsi təklifi müsbət qarşılanaraq təsdiq edilib.

Y.Bəşirov çıxışında bildirib ki, idman ölkəsi kimi tanınan Azərbaycanda böyük miqyaslı rəsmi yarışların təşkil edilməsi üçün dövlət tərəfindən hər bir dəstək var. Qarşıdan gələn ilk Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Oyunlarının Bakıda təşkil edilməsi buna əyani sübutdur.

Bütün bu müsbət göstəriciləri Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində yarandığını söyləyən Federasiya prezidenti, 5 il sonra karate üzrə Avropa çempionatının da Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu deyib.

Konqresdə iştirak edən "Bakı 2015" I Avropa Oyunlarının karate yarışları üzrə meneceri Dmitri Çigenev tədbir iştirakçılarına qarşıdakı məsul yarışla bağlı ətraflı məlumat verib və son hazırlıq işlərindən danışıb.

Son xəbərlər

Orphus sistemi