Bakı. 15 fevral. REPORT.AZ/ Qış Olimpiya Oyunlarında Kanada və ABŞ-ın qadınlardan ibarət hokkey yığmalarının görüşündə dava düşüb.
“Report” xəbər verir ki, hadisə matçın son saniyəsində Kanadanın qapısı qarşısında baş verib. Nəticədə kobudluğa görə kanadalılar - Mari-Filip Pulev 2, Monika Lamorye-Morando isə 4 dəqiqəlik cərimələnib.
Qeyd edək ki, qrup mərhələsinin son görüşü Kanadanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyət sayəsində Kanada A qrupunda 1-ci, ABŞ isə 2-ci yeri tutub. Hər iki kollektiv birbaşa yarımfinala vəsiqə qazanıb.