Kamran Süleymanov: “Çəkimi dəyişməyim qızıl medal qazanmağıma mane oldu”

Kamran Süleymanov: “Çəkimi dəyişməyim qızıl medal qazanmağıma mane oldu” Qızıl medal qazanmamağıma səbəb çəkimi dəyişməyim oldu. Elə ona görə də, finalda fiziki cəhətdən rəqibə güc çatdıra bilmədim. Amma çox şükürlər olsun ki, gümüş medalla qayıtdım.
Fərdi
1 Oktyabr , 2019 07:35
Kamran Süleymanov: “Çəkimi dəyişməyim qızıl medal qazanmağıma mane oldu”

"Qızıl medal qazanmamağıma səbəb çəkimi dəyişməyim oldu. Elə ona görə də, finalda fiziki cəhətdən rəqibə güc çatdıra bilmədim. Amma çox şükürlər olsun ki, gümüş medalla qayıtdım".

“Report” xəbər verir ki, bu sözləri Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində 60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Kamran Süleymanov deyib. 

Onun sözlərinə görə, 55 kq çəki dərəcəsində güləşdiyinə görə, 60 kq-da mübarizə aparmaq onun üçün bir o qədər əlverişli olmayıb: “Həmişə 55 kq çəki dərəcəsində güləşmişəm. Məşqçilər mənə etimad göstərərək, 60 kq-da çıxış etməyimə razı oldular. Onlara minnətdarlığımı bildirirəm ki, mənə bu çəkidə mübarizə aparmağa şans verdilər. Fikrimcə, mən də onların ümidlərini doğrulda bildim".

K.Süleymanovun sözlərinə görə, finala qədər bütün görüşlər o qədər də asan keçməyib: “İkinci görüşüm çox güclü rəqib, Ukrayna təmsilçisi Vladislav Kazimirovla oldu. Düzdür, Turan Bayramov onu 2 dəfə məğlub etmişdi. Çox çətin keçən görüşdə ona ipponla qalib gəldim. 

Yarımfinal görüşüm də ağır oldu. Buna baxmayaraq, qırğızıstanlı Çingizxan Saqnaliyevi ipponla məğlub etdim. Mənim üzərimdə əməyi keçən hər kəsə, xüsusən şəxsi məşqçim Zülfüqar Bayramova və İbrahim müəllimə təşəkkürümü bildirirəm".  

Son xəbərlər

Orphus sistemi