Kamran Şahsuvarlı: "Mən öz nəticəmdən razıyam"

Kamran Şahsuvarlı: "Mən öz nəticəmdən razıyam" "İkinci raundda qələbəyə inamımı itirdim"
Fərdi
18 Avqust , 2016 23:42
Kamran Şahsuvarlı: Mən öz nəticəmdən razıyam

Bakı. 18 avqust. REPORT.AZ/ "Birinci raundun sonuna qədər qələbə qazanacağıma inanırdım, ikinci raundun əvvəlində məşqçilər "uduzursan" dedikdən sonra bir az inamımı itirdim".

"Report"un məlumatına görə, bunu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında deyib.

"Həqiqətən də rəqib hazırda mənim çıxış etdiyim çəkidə ən güclü idmançı sayılır. Döyüş mənim üçün bir az alınmadı, rəqibə yaxınlaşa bilmirdim", - deyə o qeyd edib.

Əvvəldən rəqibi öyrəndiyini bildirən Kamran ilk olaraq müdafiəyə üstünlük verdiyini bildirib:

"Əvvəlcə zərbə buraxmamaq üçün müdafiəyə üstünlük verdim. Birinci raundun sonuna qədər qələbə qazanacağıma inanırdım, ikinci raundun əvvəlində məşqçilər "uduzursan" dedikdən sonra bir az inamımı itirdim. Mübarizəni davam etdirən Sotomayora uğurlar arzu edirəm, mən üçüncü yerə çıxdımsa, o birinci yeri tutmalıdır. Onun finala çıxmasını çox istəyirəm. Mən öz nəticəmdən razıyam".

Son xəbərlər

Orphus sistemi