Kamandan Oxatma üzrə ölkə çempionatı keçirilib

Kamandan Oxatma üzrə ölkə çempionatı keçirilib Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib.
Fərdi
13 İyun , 2018 14:07
Kamandan Oxatma üzrə ölkə çempionatı keçirilib
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib. 

"Report" xəbər verir ki, Hövsan Olimpiya Kompleksində təşkil olunan birincilikdə 3 yaş kateqoriyası üzrə qızlar və oğlan idmançılar yarışıb. Açıq havada keçirilən və iki gün davam edən çempionat gərgin və maraqlı mübarizə ilə müşaiyət olunub.

Böyüklər arasnda kişilərdə Cahan Musayev, qadınlarda Yaylagül Ramazanova ölkə çempionu adını qazanıblar. Yeniyetmə yaş kateqoriyasında oğlanların birincisi Sahib Abilov, qızlarda isə Nəzrin Zamanova olub. Uşaqlar arasında Əli Süleymanov və Aytən Hüseynzadə qalib olublar. Çempionlara, həmçinin 2-ci və 3-cü yeri tutmuş oxatanlara dimplomlar və “AS Qrup İnvestment” şirkətlər qrupu tərəfindən pul mükafatları təqdim olunub.

Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi sponsorudur. 

Son xəbərlər

Orphus sistemi