Kamandan oxatma üzrə Gürcüstan çempionatında qız öz anasına qalib gəlib

Kamandan oxatma üzrə Gürcüstan çempionatında qız öz anasına qalib gəlib Tiko Putkaradze finalda doğma anası Xatuna Narimanidzeyə 6:5 hesabıyıla qalib gələrək çempion olub
Fərdi
28 Mart , 2017 11:33
Kamandan oxatma üzrə Gürcüstan çempionatında qız öz anasına qalib gəlib
Sputnik

Bakı. 28 mart. REPORT.AZ/ Batumidə keçirilən qadınlar arasında kamandan oxatma üzrə Gürcüstan çempionatında qız öz doğma anasına - olimpiada iştirakçısına qalib gəlib.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, Tiko Putkaradze finalda doğma anası Xatuna Narimanidzeyə 6:5 hesabıyıla qalib gələrək çempion olub.

Qeyd edək ki, kamandan oxatma üzrə Gürcüstan milli komandasının baş məşqçisi də Xatunanın həyat yoldaşı və Tikonun atası Tamaz Putkaradzedir.

Xatırladaq ki, Xatuna Narimanidze Olimpiya Oyunlarının dördqat iştirakçısıdır: Sidney (2000), Afina (2004), Pekin (2008) və Rio de Janeyro (2016). Çində keçirilən olimpiadada Narimanidze yekunda doqquzuncu olub.

Son xəbərlər

Orphus sistemi