Rusiyanın 9 ağırlıqqaldıranı cəzalandırıldı

Rusiyanın 9 ağırlıqqaldıranı cəzalandırıldı Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) bir neçə rusiyalı idmançını antidopinq qaydalarını pozduğu üçün müvvəqəti diskvalifikasiya edib.
Fərdi
9 Oktyabr , 2020 14:22
Rusiyanın 9 ağırlıqqaldıranı cəzalandırıldı

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) bir neçə rusiyalı idmançını antidopinq qaydalarını pozduğu üçün müvvəqəti diskvalifikasiya edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, müvafiq qərar Moskva Antodopinq Laboratoriyasının məlumatları əsasında verilib. Ümumilikdə 9 şəxs cəzaya məruz qalıb.

IWF Aleksey Yemelyanenko Arsen Boraqanov və Feliks Xalibekovla əlaqəli antidopinq qaydalarının pozulduğunu idda edir.

62 kq çəki dərəcəsində çıxış edən Xalibekov 2016 və 2017-ci il Avropa çempionatlarında müvafiq olaraq gümüş və bürünc medal qazanıb.

Yemelyanenko 81 kq çəki dərəcəsində XX Ümumrusiya ağırlıqqaldırma turnirinin qalibi olub. Boraqanov (74 kq) 2014-cü il Rusiya çempionatında gümüş medala yiyələnib və hazırda məşqçi kimi çalışır.

İdmançıların hər birinin diskvalifikasiya müddəti 2020-ci 7 oktyabrdan başlayır.

IWF daha 6 rusiyalı idmançının diskvalifikasiyasını da açıqlayıb.

Cəzalananlar arasında 2012 London olimpiadasının bürünc mükafatçısı, ikiqat dünya çempionu (2013, 2014) Ruslan Albeqov, 2013-cü ildə dünya çempionu olmuş Tim Turiyeva, dünya çempionatlarının ikiqat vitse-çempionu (2006, 2009) Dmitri Lapikov, ikiqat Avropa çempionu (2012, 2014) ), gənclər arasında dünya çempionatının qalibi Yuliya Konovalova, Avropa çempionatının ikiqat gümüş mükafatçısı (2013, 2014) Maksim Şeyko və Avropa çempionatının (2019) gümüş mükafatçısı Yegor Klimonov var.

Son xəbərlər

Orphus sistemi