IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçəcəklər

IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçəcəklər Master-klasslar 13-15 mart tarixlərində təşkil olunacaq
Fərdi
11 Mart , 2017 13:07
IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçəcəklər

Bakı. 11 mart. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri 13-15 mart tarixlərində “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclərə master-klasslar keçəcəklər.

Bu barədə "Report"a "Baku 2017"nin Əməliyyat Komitəsindən bildiriblər.

Üç gün davam edəcək master-klasslarda "Bakı 2017"nin rəsmi "facebook" səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər.

Cüdo üzrə master-klass martın 13-də "Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunacaq. Bir gün sonra Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda isə Olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək.

Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək.

Qeyd edək ki, master-klassların məqsədi idmançı səfirlər tərəfindən yeniyetmə və gənc idmançıları həvəsləndirərək onlara idman karyeralarında dəstək verməkdir.

Son xəbərlər

Orphus sistemi