IV İslam Həmrəyliyi Oyunlarının cüdoçu səfirləri master-klass keçiblər

IV İslam Həmrəyliyi Oyunlarının cüdoçu səfirləri master-klass keçiblər Master-klassda Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov iştirak ediblər
Fərdi
144
14 Mart , 2017 10:37
IV İslam Həmrəyliyi Oyunlarının cüdoçu səfirləri master-klass keçiblər

Bakı. 14 mart. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclər üçün master-klasslara start veriblər.

"Report"un İslamiadanın rəsmi "facebook" səhifəsinə istiandən verdiyi məlumata görə, ilk master-klass cüdo üzrə olub. "Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunmuş seminarın iştirakçıları öyrənməklə yanaşı, həm də çox şən və maraqlı vaxt keçiriblər.

Qeyd edək ki, bu gün Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək. Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi