IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq Kamran Əliyev açıqlama verib
Fərdi
20 May , 2017 10:00
IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Bakı. 20 may. REPORT.AZ/ “IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü - mayın 22-də Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq”.

“Report”un xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Baş Polis İdarəsinin birgə keçirdiyi tədbirdə məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, həmin gün Heydər Əliyev prospektinin "Excelsior" hotelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarında ümumi yol hərəkəti üçün bağlı olacaq.

Tədbirdə o da qeyd olunub ki, bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və BNA-nın müəyyən etdiyi ekspress xətt avtobuslar vasitəsilə gedə bilər. Eyni zamanda, tamaşaçılar (saat 17.00-dan 20.00-dək) 3 ekspress xətt üzrə seçilən istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra isə stadiondan evə gedən tamaşaçılar eyni şəraitdə daşınacaq.

Son xəbərlər

Orphus sistemi