Yuxarı
    Bağlamaq

    IV İslam Həmrəyliyi Oyunlarına media akkreditasiyası başlayıb

    Müraciətlər aprelin 1-dək qəbul olunur

    Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına media akkreditasiyası başlayıb. 

    Bu barədə "Report"a Oyunların Əməliyyat Komitəsindən məlumat verilib.

    Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda Oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

    Akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur. Müraciətlər aprelin 1-dək davam edəcək. Martın 31-dən sonra media nümayəndələri tərəfindən akkreditasiya üçün edilən müraciətlərə baxılmayacaq.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları bu il mayın 12-22-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi