IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olunacaq

IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olunacaq Oyunlara 1 il qalması münasibətilə məsul şəxslər Bakıda görüşəcəklər
Fərdi
11 May , 2016 16:05
IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olunacaq

Bakı. 11 may. REPORT.AZ/ Mayın 12-də İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası işə başlayacaq. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sayca 3-cü iclasa Əlaqələndirmə Komissiyasının və İslam Həmrəyliyi Oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri qatılacaqlar. 

Toplantıda ötən görüşdən indiyədək Oyunların həyata keçirilməsi istiqamətində aparılmış və qarşıdakı müddət ərzində aparılması tələb olunan işlər ətrafında müzakirələr gedəcək. Günün ikinci hissəsində isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər. 

12 may tarixinin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 1 il qalmasıdır. Bununla əlaqədar mətbuat konfransı zamanı Oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək. Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında islamiadaya 1 il qalması münasibətilə idman nümayişi olacaq. 

Ertəsi gün IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar MOK-ların “Açıq gün” iclası keçiriləcək. 36 ölkənin 70-dən artıq nümayəndəsinin qatılacağı iclas zamanı Oyunların təhlüksizlik, akkreditasiya, nəqliyyat və s. kimi məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi