IV İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı mütəxəssislərə üstünlük verilir

IV İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı mütəxəssislərə üstünlük verilir "Xarici mütəxəssislər əsasən departamentlərin rəhbərləridir"
Fərdi
8 Dekabr , 2016 16:15
IV İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı mütəxəssislərə üstünlük verilir

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsində çalışan xarici mütəxəssislərin sayı I Avropa Oyunlarındakından 10 qat azdır. 

"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, "Bakı-2015"də 500-dən çox xarici, 1000-dən çox azərbaycanlı gəncin xidmətindən yararlanıblar: "Bu dəfə xarici mütəxəssislərin sayı 10 qat azdır, yerlilər isə qat-qat çoxdur. Xarici mütəxəssislər əsasən departamentlərin rəhbərləridir".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları gələn il mayın 12 - 22-də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi