"Formula 1": İtaliyadakı yarışın cədvəlində dəyişiklik edildi

"Formula 1": İtaliyadakı yarışın cədvəlində dəyişiklik edildi Şahzadə Filip aprelin 9-da 99 yaşında vəfat edib
Fərdi
13 aprel 2021 12:51
Formula 1: İtaliyadakı yarışın cədvəlində dəyişiklik edildi

İtaliyada keçiriləcək "Formula 1" üzrə Emilya-Romaniya Qran-prisinin cədvəlində dəyişiklik edilib.

"Report"un məlumatına görə, bu qərar Edinburq Hersoqu, Şahzadə Filipin dəfn mərasimi ilə bağlı qəbul olunub.

Aprelin 17-dəki tədbirlə əlaqədar sıralama turu Bakı vaxtı ilə saat 16:00-dan 17:00-dək keçiriləcək. Həmçinin 3-cü test yürüşü saat 13:00-da başlayacaq. Bundan başqa, sıralama turu öncəsi 1 dəqiqəlik sükut olacaq.

Şahzadə Filip aprelin 9-da 99 yaşında vəfat edib.

Qeyd edək ki, Emilya-Romanya Qran-prisi 16 - 18 apreldə İmola trasında gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi