İspaniyada daha 5 il "Formula 1" yarışı keçiriləcək

İspaniyada daha 5 il "Formula 1" yarışı keçiriləcək "Formula 1" İspaniya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.
Fərdi
26 Noyabr , 2021 14:41
İspaniyada daha 5 il Formula 1 yarışı keçiriləcək
0 : 00
0 : 00

"Formula 1" şirkəti İspaniya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, Barselona avtodromundakı yarış 2026-cı ilədək davam edəcək.

Təşkilatçılar 2022-ci ildəki turnirdən əvvəl trası və onun infrastrukturunu müasirləşdirmək niyyətindədirlər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi