İslamiadanın azərbaycanlı qalibi əməliyyat olunub

İslamiadanın azərbaycanlı qalibi əməliyyat olunub II Avropa Oyunlarının və Avropa çempionatının üçqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş yunan-Roma güləşçisi İslam Abbasov ağır zədə alıb.
Fərdi
10 Avqust , 2022 11:12
İslamiadanın azərbaycanlı qalibi əməliyyat olunub

II Avropa Oyunlarının və Avropa çempionatının üçqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş yunan-Roma güləşçisi İslam Abbasov ağır zədə alıb.

"Report"un məlumatına görə, 26 yaşlı idmançı Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına hazırlaşarkən zədələnib.

O, artıq Almaniyada əməliyyat olunub. İyunda İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq turnirində qızıl medal qazanmış İslam Abbasov bu səbəbdən İslamiadaya qatılmayıb.

Onun 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında və Bakıda 5-6 noyabrda təşkil olunacaq Dünya Kubokunda iştirak etməyəcəyi dəqiqdir.

Qeyd edək ki, Azərbaycanı İslamiadada İslam Abbasovun yarışdığı 87 kq çəki dərəcəsində Məhəmməd Əhmədiyev təmsil edəcək. Yunan-Roma yarışlarına 12 avqustda start veriləcək.

Son xəbərlər

Orphus sistemi