İslamiada: ilk yarış gününün təqvimi

İslamiada: ilk yarış gününün təqvimi İlk gündə futbol üzrə kişilər arasında qrup mərhələsinin oyunları baş tutacaq
Fərdi
18 Aprel , 2017 11:18
İslamiada: ilk yarış gününün təqvimi

Bakı. 18 aprel REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bütün idman növləri üzrə yarışların başlama saatları müəyyənləşib. Bununla əlaqədar “Report” İnformasiya Agentliyi İslamiadanın günlük təqvminin dərcinə başlayır.

Yarışlara mayın 12-də keçiriləcək açılış mərasimindən 4 gün əvvəl start veriləcək. İlk gündə futbol üzrə kişilər arasında qrup mərhələsinin oyunları baş tutacaq. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Kamerun yığması ilə üz-üzə gələcək. Görüş "Bayıl Arena"da keçiriləcək. 

Futbol matçları üçün biletlərin qiyməti 3 manatadır.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. Tədbir saat 21:00-da başlayacaq. Bağlanış mərasimi isə 22 may saat 20:00-a təyin olunub.


8 may (bazar ertəsi)

Futbol

Qrup mərhələsi

Kişilər

10:30. Səudiyyə Ərəbistanı - Mərakeş

"Azal Arena"


12:30. Əlcəzair - Türkiyə

"Bayıl Arena"

16:30. Fələstin - Oman

"Azal Arena"

18:30. Azərbaycan - Kamerun

"Bayıl Arena" 

Son xəbərlər

Orphus sistemi