İslamiada: Azərbaycanın yeddi güləşçisi medal üçün mübarizə aparacaq

İslamiada: Azərbaycanın yeddi güləşçisi medal üçün mübarizə aparacaq Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar.
Fərdi
11 Avqust , 2022 16:26
İslamiada: Azərbaycanın yeddi güləşçisi medal üçün mübarizə aparacaq

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar.

"Report"un məlumatına görə, Azərbaycan güləşçilərindən Leyla Qurbanova (53 kq), Gözəl Zutova (72 kq) və İslam Bazarqanov (61 kq) finalda mübarizə aparacaqlar.

Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal görüşünə çıxacaqlar.

Qeyd edək ki, həlledici görüşlər Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək.

Son xəbərlər

Orphus sistemi