İslamiada: Azərbaycan velosipedçisi əvvəlki nəticəsini təkrarlayıb

İslamiada: Azərbaycan velosipedçisi əvvəlki nəticəsini təkrarlayıb Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan velosipedçiləri növbəti yarışlarda iştirak ediblər.
Fərdi
7 Avqust , 2022 18:38
İslamiada: Azərbaycan velosipedçisi əvvəlki nəticəsini təkrarlayıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan velosipedçiləri növbəti yarışlarda iştirak ediblər.

"Report" xəbər verir ki, Elit/U23 milli komandanın üzvləri Konya Velodromunda baş tutan trek velosipedinin xallar üzrə qrup ötüşməsi növündə mübarizə aparıblar.

Qadınlardan Viktoriya Sidorenko və Ayan Xankişiyeva, kişilərdən isə Musa Mikayılzadə və Nəcəf Bağırov güclərini sınayıblar.

Xankişiyeva əzmkar mübarizə apararaq 13 xalla 4-cü yerə layiq görülüb. O, daha əvvəl trek velosipedi üzrə yarışda da eyni nəticəyə imza atıb. Mikayılzadə 8 xalla 7-ci yeri tutub.

Sidorenko və Bağırov isə ümidləri doğrultmayıb və imkanlarından tam istifadə edə bilməyərək mübarizəni tamamlamayıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.

İdmançılar həm trek, həm də şose növlərində yarışırlar.

56 ölkədən 4200 idmançının qatıldığı İslamiadanın rəsmi açılış mərasimi avqustun 9-da, bağlanış mərasimi isə avqustun 18-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi