İslamiada: Azərbaycanın aerobika gimnastika millisi gümüş medal qazanıb

İslamiada: Azərbaycanın aerobika gimnastika millisi gümüş medal qazanıb Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.
Fərdi
13 Avqust , 2022 18:08
İslamiada: Azərbaycanın aerobika gimnastika millisi gümüş medal qazanıb

Azərbaycanın aerobika üzrə komandası gümüş medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan millisi göstərdiyi nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, mükafatlandırma sabah keçiriləcək.

15:32

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.

Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıblar.

Qeyd edək ki, final mərhələsi avqustun 14-də olacaq.

Son xəbərlər

Orphus sistemi