Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazandı

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazandı Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Fərdi
13 Dekabr , 2020 23:29
Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazandı

Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda ilk medallarını qazanıb.

"Report" xəbər verir ki, İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.

Dadov finalda rusiyalı Nazir Abdullayevə uduzub - 1:2.

Əzizli isə bürünc medal qarşılaşmasında qırğızıstanlı Balbay Dordokovdan üstün olub - 3:0.

Son xəbərlər

Orphus sistemi