İrina Kindzerska: "İdmançının həyat yoldaşı olmaq asan deyil"

İrina Kindzerska: "İdmançının həyat yoldaşı olmaq asan deyil" "Olimpiada elə yarışdır ki, orada öncədən heç nəyi təxmin etmək olmur. Çünki bəzən çox gözlənilməz hadisələr baş verir".
Fərdi
687
5 Avqust , 2021 20:43
İrina Kindzerska: İdmançının həyat yoldaşı olmaq asan deyil

"Olimpiada elə yarışdır ki, orada öncədən heç nəyi təxmin etmək olmur. Çünki bəzən çox gözlənilməz hadisələr baş verir".

"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Milli Olimpiya Komitəsinə müsahibəsində deyib.

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bəzi hallarda favoritlərin ilk görüşlərdə məğlub olduğunu bildirib: "Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ilk "3-lüy"ə düşə bilməyən idmançılar da qalib gələ bilir. Buna görə də həmişə risk var idi. Lakin olimpiadalarda iştirak edərkən özünü medal qazanmağa və qələbəyə kökləyirsən".

Kindzerska Azərbaycanda qadınlar arasında bu idman növünün elə populyar olmadığını sözlərinə əlavə edib: "Ola bilsin ki, verəcəyim təkan bu idman növündə Olimpiya oyunlarında medal qazana biləcəyimizin göstəricisi olar və uzun müddət cüdo ilə məşğul olub qorxanları ilhamlandırar. Onlar da məndən sonda Avropa, dünya və ya olimpiya çempionu olmağa güc taparlar".

Ukraynalı legioner həyat yoldaşının azərbaycanlı olduğunu xatırladıb: "Bunun üçün çox şadam. Çünki nəticələrdən asılı olmayaraq qalib gəlsəm də, məğlub olsam da, həmişə mənə dəstək olub. Həmişə inanıb, məşqçimlə söhbət edib, birlikdə işləyiblər. Heç vaxt elə olmayıb ki, mən evdə bir ssenari ilə məşq edim, məşqçi isə ayrı. Onlar məşq proqramını birlikdə hazırlayırdılar. Hamımız buna uyğun hərəkət edirdik. Təbii ki, idmançının həyat yoldaşı olmaq asan deyil. Bəzi anlarda əsəblər tap gətirmir. Amma həyat yoldaşıma minnətdaram ki, məni həmişə dəstəkləyib və mənə inanıb".

Son xəbərlər

Orphus sistemi